Xocalı, Füzuli, Ağdam, Laçın, Şuşa, Xocavənd, Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilan rayonların gənclər və idman idarələrinin təşkilatçılığı ilə 30 iyul 2020-ci il tarixdə işğal altında olan rayonların fəal gənclərinin iştirakı ilə “Gənclər Qarabağ üçün bir arada” mövzusunda videokonfrans keçirildi. Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirmək, Azərbaycanın müstəqillik əldə etdikdən sonra keçdiyi tarixi yol və digər mühüm məsələlər barədə gənclərin məlumatlılığını daha da artırmaq, son zamanlar baş verən hadisələrə gənclərin münasibətini öyrənmək məqsədilə keçirilən tədbirə məcburi köçkün rayonlardan 112 nəfər fəal gənc qatılmışdır. Konfransda Azərbaycan xalqının azadlığı, suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsinin yad olunmuş, ölkəmizdə gənclərlə iş sahəsində aparılan siyasət, ərazi bütövlüyümüzü, müstəqilliyimizi qorumaq yolunda şərəfli addımlar atan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması, dövlətin ordu quruculuğu ilə bağlı gördüyü işlər, gənclərin vətənpərvər ruhda tərbiyələndirilməsinin vacibliyi barədə gənclər və idman idarələri rəislərinin çıxışları səslənilmiş, mövzu ilə bağlı ayrı-ayrı gənclərin fikirləri dinlənilmişdir. Konfransda Xocalı rayon gəncləri də fəal iştirak etdilər.